Mistik poeziya (çevirmələr)

Poeziya


 

 

  Şərh göndərin 01.07.2016 18:46


Kəbirin poeziyasından

Soruşuram içdəki sevgilidən,
Nə üçündür bu vurnuxma, tələsmə?
Biz duyuruq heyvanları, quşları
Sevən ruhun varlığını hər yerdə.
Ola bilər, hələ ana bətnində 
Sarımışdı səni öz haləsiylə.
Düz deyildir düşünməyin, yetimsən.
Axı ondan özün üz döndəribsən,
Təkbaşına qaranlığa gedirsən.
İnsanlarla münasibət dolaşıb,
Unudubsan qabaqlar bildiyini.
Uğursuzdur bu səbəbdən əməlin.
Sevda yolu həm zərif, həm gözəldir.
Nə soruşmaq, nə cavab var bu yolda.
İlahiylə təmənnasız təmasdan
Öz-özünə keçib-gedir mənəmlik.
Onun seyri sevinc verir hüdudsuz,
Dönə-dönə ağuşuna girirsən,
Su içində üzən təki balıqlar.
Düşünmədən verərsən öz başını,
Bir nəfərə gərək olsa bu yolda.
Sənə açdım eşqin böyük sirrini.

Əhməd Şəfəq. 
30.06.2016

 

Baxış: 39


◊ Məşhur hind şairi Kəbirin poeziyasından çevirmələr

  Şərh göndərin 27.06.2016 23:44

Ey gəncliyim,toy şərqisini oxu!
Evə Sevda gəldi, özüylə gətirib
Rənglər, güllər və qoxu,
Bütün zamanlardan,
Asimanlardan,
Yer gözəlliyinin əkslərini.
Demək, cismim ilə dirçəlmiş könlüm
Eşq səcdəgahları tək yanacaqdır,
Onların önündə Uca Göylərə,
Yara dualarım yüksələcəkdir.
Odun gurultusunu təkrar eləyən
Alovun rəqsində, Eşqin rəqsində
Hərlənəcək bütün yer-göy, aləmlər,
Bu toy şənliyində, ziyafətində
Dövrəyə alacaq mələklər məni:
Bizim seçdiyimiz, baxın, budur - Kəbir!
Mənə qoynunu açıb Tanrının Özü -
Dünya da səadət içindədir ki.

27/06/2016
Əhməd Şəfəq
==================================   Ey səadət!
Mən nə qədər gözlədim, nəhayət
Qəlbimi verdiyim - O mənimlədir.
O gəldi.Tək mən yox, bütün təbiət
Səma sükutunun şövquylə yanır.
Hönkürtü kimiymiş vəcd də, Tanrım!
Hər şey işıq saçır Sənin nurunda:
Kainat, səyyarə, evim, ürəyim...
Hər şey - Eşqdir,
Ondadır - əbədi Atəş.
O Odun içində artırır könül
Uca aləmlərin incilərini,
Dənə-dənə Birlik sevinclərini.
Eşqin ağuşunda yanıram,Tanrım!
Saysızdır Onun pak hədiyyələri.

27/06/2016
Əhməd Şəfəq
=================================
Bəlli deyil sənə hələ də, könül,
Eşqinin aləmi, ordan gəlsən də,
Dönüş yolu da vəd olunub sənə.
Söylə:
Nə üçündür günlərin yükü,
Əgər həyat - müjdə gözləməkdirsə,
Eşqə çağırışı intizar ilə?
Dünya elə bil öz nişanlın sayaq
Başqa yanı ilə açıqdır sənə,
Başqa ölçü ilə.
Bu coşqun axının qılıcında sən
Qərarsız qayığında tələsməyirsən,
Guya nurlanmanın anını deyil,
Dalğanın zərbəsini gözləməkdəsən.
Sakın!
Qayalara çırpmasın axın,
İtirə bilərsən bütün hər şeyi,
Azad olammasan şübhələrindən,
Sevda aləmində Yarınla deyil,
Öz əksin - kölgənlə görüşəcəksən
27.06.2016
Əhməd Şəfəq






   

Baxış: 40


  Şərh göndərin 26.06.2016 23:59


Kəbirin irsindən
==============
Müqəddəs sularda sudan savayı
Başqa şey yoxdur, yaxşı bilirəm,
Axı o sularda çox yuyunmuşam.
Bütün sümük, taxta bütlərə baxın,
Bir söz də deməyə qadir deyillər,
Axı mən onları çox səsləmişəm.
Doğunun müqəddəs kitabları da
Sadə sözdən başqa bir şey deyildir,
Bir dəfə onlara nəzər salmışam.
Kəbir isə şəxsi təcrübəsində
Nələr yaşayıbsa ondan söyləyir.
Əgər bir şeyi ki yaşamayıbsan,
Demək, gerçək deyil.
Düşündüm, su ilə onun üstündə
Qalxan dalğaların bir fərqi varmı.
Hə, qalxan sular da, enən sular da
Su olaraq qalır. Kim deyə bilər,
Bəs onda onların fərqi nədədir?
Kim isə düşünüb 'dalğa" sözünü,
İndi onu sudan seçməliyəm mən?
İçimizdə sirli Kİmsə gizlənir.
Hər qalaktikanın səyyarələri
Təsbeh muncuğu tək Əlindən keçir.
Bu təsbehlərə, dost, dupduru gözlə,
Tərtəmiz nəzərlə baxmaq lazımdır.

Çevirmə tarixi: 25.06.2016
Əhməd Orucov (Şəfəq)
Güney Ural

 

Baxış: 41


  Şərh göndərin 14.06.2016 21:09

 

  • Kəbirin irsindən tərcümə
  • ============
  • Sevda buludundan başım üstündə
  • Axdı yağış seli, bir gurşad oldu.
  • Könlüm çiçək kimi açıldı, cismim
  • Yarpaqdan don geydi... könül şad oldu.
  • ****
  • Zümrüd yarpaqlara bürünmüş gövdə
  • Dirilik suyunun dadını bilir.
  • Qurumuş ağaclar haray qoparır:
  • "Yağış şırıltısı? Nə olan şeydir?"
  • ****
  • Necə büllur bəbək göz içindədir,
  • Tanrı da insanın öz içindədir:
  • Kənarda axtarmaq - ağılsızlıqdır,
  • Boş zəhmətdir- cismdən üz içindəddir.
  • May 2016.
  • Samaxı. Kərkənc
  • ===========================================

  • Məni axtarırsan? Mən yanındayam:
  • Çiynin ki toxunur Mənim çiynimə.
  • Uzaqda axtarma, çox yaxındayam.
  • Axtarırsan Məni hansı sifətdə?
  • Tapmazsan sən Məni heç bir məbəddə,
  • Əgər arasan da səbrlə, ciddi.
  • Kilsələrə girmə, gəzmə məscidi.
  • Tapammazsan Məni heç bir ayində,
  • Nə də zahidlikdə, nə də pəhrizdə...
  • Həqiqət gizlidir öz içinizdə...
  • Əgər aramağa başlasan, o dəm
  • Məni tapacaqsan, olarıq həmdəm.
  • Çox qısa bir zaman, bir an içində.
  • İçində çırpınan o can içində.
  • Kəbir sual verir: "Ey mürid, söylə,
  • Tanrı nədir, kimdir?.. Gözünü döymə...
  • Nəfəs içindəki nəfəsdir Tanrı.
  • Gerçək aşiqlərin müntəzər yarı."
  • Odur, ölüm bilən, cismində məhkum
  • Olməzin önündə səma eyləyir.
  • Qulaq as, boru səs elan eyləyir:
  • " Mən Sənəm.
  • Səndəyəm.
  • Sən isə Məndə."
  • Ruhi ustad birdən gəlir,
  • Müridə tərəf əyilir.
  • Elə yaşa, calış ki, sən
  • Bir gün bunu
  • Görə biləsən.

  • 04.30. 14.06.2016 
  • Güney Ural
  • Əhməd Şəfəq
  • ============================================
  • Pəncəriyi aç batıya,
  • Qoy odana bol-bol dolsun
  • Bu səs-səda.
  • Yox ol, həll ol səni qucan bu fəzada.
  • Köksündə gül çiçək açıb.
  • Balından iç, güldən axıb.
  • Diqqət yetir dalğaların
  • Qaçışına, yarışına.
  • Göy ümmanın yanındakı,
  • Qoynundakı 
  • Yaraşığa.
  • Dinlə: balıqqualaqları
  • Zəng səsi tək gur səslənir!
  • Könül bundan həvəslənir.
  • Kəbir deyir: "Dost, qulaq as,
  • Gözlədiyin uca qonaq
  • İçindədir!"
  • Nə qədər ki həyatdasan,
  • Onu gözlə, ona qapı aç.
  • Ömür keçir təcrübədə.
  • Anla, bütün ömür-vədə.
  • O "qurtuluş" dediyiniz
  • Olümədək davam edir.
  • Düşünürsən, həyatında
  • Qırmadığın zəncirləri
  • Olmündən sonra ruhlar
  • Qırıb, atar.
  • Yanılırsan, bədənindən qopmuş könül
  • Tanrısına qovuşacaq,
  • Axı qəfəs bədən ölmüş - bu xülyadır.
  • Sən burada tapdığını
  • Orada da bulacaqsan.
  • Burda nəsə bulammasan,
  • Onda ölüm 
  • Aləmində olacaqsan.
  • İndi Tanrıyla birləşsən,
  • Sən sonrakı həyatında
  • Səadəti görəcəksən.
  • Həqiqətə qapıl, öyrən, ustad kimdir.
  • İnan bu böyük səsə!Kəbir deyir:
  • "Sevimli qonağı axtaranda sən
  • Hər şey asılıdır şövqün gücündən.
  • Bax mənə... gördüyün bu şövqün qulu.
  • Ürəyim ən təmiz sevgiylə dolu."

  • Əhməd Şəfəq.
  • Güney Ural.
  • Çevirmə tarixi: 14/06/2016/ 19/50
               

Baxış: 47


  Şərh göndərin 14.06.2016 01:35

Kəbirin  "Sevda nəğməsindən"
*************************
Bu həyatda varmı elə bir adam,
Cavab verə bilsin suallarıma,
Söyləsin hardadır mənim qəlbimə
Ən Yaxın, Dəyərli, Sevimli, Doğma,
Kimin ki uğrunda hər vaxt hazıram
Rədd edim ad-sanı, hər şeyi tamam?..
Möcüzə gözləyib,kor və kar nəfsin
Girdabında çimmək - günah deyilmi?
Boğulmazmı nöqsan içində ürək,
Axmaqlıq deyilmi boş həyat sürmək,
Ehtiras içində Sevda gözləmək?
Kor ümiddən ölü bir ümid yoxdur.
Xoşbəxtdir, kimin ki ürəyi toxdur...
Mən - Kəbir, deyirəm - sən sevməyibsən,
O ki tək cisminə qulluq edibsən.
Unudubsan, toza düşən yarpağı
Heç zaman dirçəltməz Cahanın Şahı.

Əhməd Şəfəq
 06.05.2016
Öfö - Mahackala qatarı

==================================================


Xəyalımda, ya röyamda O gəıdi...
Gəlişiylə könlüm yenə dirçəldi.
Ehmalca toxundu mənə Pak Əli.
Yandırdı içimdə sönmüş məşəli.
Ayıldım, uzatdım bu xoş nəşəni.
Yaşadım bir başqa Eşq atəşini.
Ürəyim ən parlaq işıqla doldu-
Həyat və Yol qədər arzu edilən,
Parlaq günəş kimi önümdə doğdu.
O sinəmi deşdi və keçdi məndən.
İndi şəfəq mənim gözümə bir az
Dəyəndə gözümü yumuram dərhal.
Səma İşığını, Tanrı Eşqini
Toplamaqdan ötrü - nə xoşdur bu hal -
Bu nəşələr üçün yaşayıram mən,
Bu qısa görüşlər üçün o gündən.

Əhməd Şəfəq
 06.05.2016

Öfö - Mahackala qatarı
===========================================


Ey sevdiyim, Sənə yalvarıram, gəl,
Gəl də, könlümdəki yanğıyı söndür.
Hamı söyləyir ki, seçdiyinəm mən.
Necə açıqlasın ürəyim bunu:
Könül evi boşdur nə qədər gündür?
Məhəbbətin nə cür seçdiyiyəm ki,
Gecə də, gündüz də Səni səslərəm?
Acizəm önündə ürəyimdəki
Qapqara qəm-qüssə, hicran odunun.
Sənin ağuşunun həsrətindəyəm.
Məhəbbət diləyir hər sevən ürək,
Susamışlar sərin su istəyən tək.
Ey dostlar, çatdırın O Uca Yara,
(Bir nəfər bilirsə əgər o yolu?)
Deyin Kəbir ölür könlündə yara.
Şirin səadəti qaytarsın necə
Bir fəqir bəndəsi, bir yazıq qulu?

 Əhməd Şəfəq
05.05.2016
Öfö -Mahackala qatarı
 

Baxış: 44


  Şərh göndərin 14.06.2016 01:17

 

Hindistanın məşhur şairi Kəbirdən

  •  Kimindir sehrlə səslənən bu ney?
  • Ürəyi doldurur səadət ilə.
  • Atəş alovlanır, bu nə olan şey?
  • Dili toxunmayıb hələ fitilə.
  • Lotos çiçək açır suyun üzündə,
  • Öz doğma kökündən  o ki qopubdur.
  • Günəş boyaların butalarında
  • Üzünü gizləmir, gülə hopubdur.
  • Kimindir sehrlə səslənən bu ney?
  • Bir gecə quşuna verməkdədir hey.
  • Ayın işığının sehrinə uymuş,
  • Ulduzları süzür könül adlı quş.
  • Sevdanın şərbəti ürəklərə   nuş.
  • Uyğusuz dağların göy ətəyində
  • Bu şərqini demək nə qədər də xoş.

  • Tərcümə tarixi: 03.05.16

  •                  =====================



  • Bax bu gül-çiçəkli əlvan dünyaya:
  • Nədən çaşqın kimi dolaşır könlüm.
  • Cənnət nemətinə uymamışdır o,
  • Yanğısı, sızısı başqa yaradır,
  • Tanrıya məftundur. Odur - yaradır!
  • O - Eşqdir, Odur qəlbə təsəlli.
  • Hər güldə, ürəkdə edir təcəlli.
  • O - heyran olmağı istəyən  hər şey,
  • Ölümə əyilməz, əbədi hər şey.
  • Onun gözəl, gizli, görünməz üzü -
  • Bizim üçün sirdir, dərk olunmaz sirr.
  • Taleylə savaşda zəfər nədədir?
  • "Sevən qalib çıxır", söylədi Kəbir.

  • Tərcümə tarixi: 03.05.16

  • ====================================================

  • Bağrına basmaqla bizi bağladın,
  • Ey Gözəl Sehrbaz, yuxuya daldım.
  • Ayıla bilmirdim, qalmışdım böylə.
  • Eşqin şərqi kimi səslənən sözlə
  • Çağırdı, oyatdı, odlandı sinə,
  • Yol açdı - könlümüz atlandı Sənə.
  • Gördü qüsurları, heyf o illərə,
  • Göz yaşı və sakit sevinc içində
  • Qısıldı aləmi qucan əllərə...
  • Bu göz qırpımı tək qısa an, bu dəm
  • Onu azad etdi zəncirlərindən,
  • Bütün vədlərindən, borclarından...
  • Mən yenə də Sənin qucağındayam -
  • Köksümdə ürək yox, Eşqdir yanan.

  • Çevimə tarixi: 03.05.2016
  • Çevirdi:  Əhməd Oruçov

  • ===========================================================


  • Bir gecə də keçdi,
  • Zülmət gecəsini geyib əyninə.
  • Gündüzdəmi dərdli keçəcək yenə?
  • Çiçəklərin əksi güllərin üstdə...
  • Şırıltı səsləri...
  • Bir yalqız durna...
  • Hər yanda durubdur sıxıntı hissi,
  • Hər şeydə  - ayrılıq, təcrid duyğusu.
  • Elə bil ki həyat tərk edir cismi,
  • Öz gil küpəsindən ayrılan tək su.
  • Görüş ümidini dirçəldəydim kaş.
  • Axşam yaxınlaşır, qaralacaq qaş.
  • Zülmət bürüyəcək yenə dörd yanı.
  • Hər vaxt gözlədiyim Segilim hanı?..
  • Qar-qar qarıldayır, susmaq bilməyir,
  • Hardan uçub gəldi bu qədər qarğa?
  • Onların cürəti qorxudur məni.
  • Yenəmi çəkilim mən bir qırağa?
  • Bir gecə də keçdi. Yoxsa qədərim
  • Gecə gözləməkdir, gecə görməkdir?
  • Əkslər... şırıltı... ayaq səsləri...
  • Dünya davamsızdır, boşdur, kövrəkdir.

  • Çevimə tarixi: 03.05.2016
  • Çevirdi:  Əhməd Oruçov
  • =============================================


  • Harada gəzmədim,
  • Hər dəfə əbəs:
  • Susdu yer, susdu dağ,
  • Susdu asiman.
  • Ürəkdə - və yalnız ürəkdə! -
  • Parlayırdı Sənin
  • Mübarək Siman.
  • Həyat itirirdi boyalarını...
  • Kim yardım edəcək?
  • Mümkünmü Eşq üçün
  • Gerçəklik - üzlük?
  • Bəs könlümüzün
  • Röyası necə?
  • Biz bu ayrılığa
  • Yoxsa az dözdük?
  • Könülə qəribə gəlir ki, sağam, -
  • Səninlə deyiləm,
  • Səndən ayrıyam.
  • Nə eyləyim indi,
  • Sızlayım, yanım?
  • Özümü tapşırım
  • Tək kor ümidə?
  • Bir sağlam yer yoxdur
  • Fani cismimdə:
  • Od dəyməmiş  hər şey
  • Çürüdü qəmdən.
  • Mən, Kəbir, yalvarıram
  • Bütün qəlbdən:
  • Tanrım, Səndə olsun
  • Qoy eşqim mənim.

  • Çevimə tarixi: 04.05.2016
  • Çevirdi:  Əhməd Oruçov

  • ==================================================


  • Ey Qu quşu, göyə uçaq,
  • Orda Sevda açmış qucaq...
  • Öndə ruhun şölənləri...
  • Göy çeşmənin şölələri
  • Şəfa verir gələnlərə,
  • Sevinənə, gülənlərə.
  • Göy fəzanın hər qarışı,
  •  Hər bir qatı naxış-naxış.
  • Orda zər, görünməz yağış
  • Qeyri-maddi varlıqlara
  • Forma yapır.
  • Orda ruh səadət tapır.
  • Qatların möhtəşəm, sakit
  • Musiqisində hər qırpım,
  • Hər an ülvi nurla dolur,
  • Dolmuş ay ilə  donub,
  • Öz-ozündə doğub,artıb.
  • Qat-qat, sonsuz fəzalarda
  • Neçə günəş yandırılıb,
  • Yeniləri yandırılır...
  • Orada -  Eşq hökmrandır!

  • Çevimə tarixi: 04.05.2016
  • Çevirdi:  Əhməd Oruçov
                             

Baxış: 42


  Şərh göndərin 03.05.2016 17:48

 

Bölmə məni...
(Zinaida Mirkinadan)

Bölmə məni parçalara,
Narahat, səs-küylü dünya.
Mən ki  - bölünməz vahidəm,
Mənəm  bütün kocmik dərya.

Hə, mənəm müqəddəs təsvir.
Həyat adlı ağac mənəm.
Atəş mənəm, ocaq mənəm.
Tanrısal tumun bitdiyi,
Vaxt-vədəni qutsal edən,
Sirlə dolu qucaq mənəm.

Çevirmə tarixi:   03/05/2016

 

Baxış: 49


  Şərh göndərin 03.05.2016 17:37


Bu alışan möcüzəni
(Zinaida Mirkinadan)

Bu alışan möcüzəni,
Bərəkətin çaxmağını,
Nə hisləri
                tutammazsan,
O qədər aç qucağını.

Bu yüngülcə sürüşmələr,
Yox olmalar  - qarışmaqdır.
Bu yankı və o yankı həyat -
Əhatəli alışmaqdır.

Bu səadət, bu yanıqlar,
Bu odlanma, bu şadlıqlar,
Bu - Tanrıyı öyrənməkdir,
Bəxşişinə bürünməkdir.

Bu ki  göylərə axmaqdır,
Qalxmaqdır,
Yüksəlməkdir.
Od quşunun lələyini
Tutmuş bilir,
       bu nə deməkdir.

Çevirmə tarixi:   03/05/2016  

Baxış: 54


  Şərh göndərin 30.04.2016 18:10

  Zinaida Mİrkinadan:
-------------------------
Görəsən haraya uçur o quşlar?
Haraya yüksəlir odlu qanadlar?
Ülvi fikirlərim quşa qoşular,
Onları udsa da möhtəşəm fəza.
Haraya aparır işıq zolağı,
Mavi dərinlikdə iz cıza-cıza?
- Oraya, hardankı cavab gəlməyir,
Oraya, hardakı hər şey cavabdır.

 

Baxış: 50


  Şərh göndərin 05.03.2016 23:27


Sufiliyin böyük nümayəndəsi və
nəzəriyyəçisi,
 filosof,şair və yazıçı, "Şeyxlər Qütbu",
 "Böyük Şeyx" İbn əl Ərəbidən:
============================================
  • Ürəyin qüdrətinə, böyük möcüzəyə bax:
  • Atəşlərin içində çiçəklənir yaşıl bağ.
  • Dünya boyda ümmandır, o qədər genişdir ki!
  • Fitrətimə nur saçan - ən ülvi günəşdir ki!
  • Bir kasadan mey içir gözəlliyə heyranlar.
  • Qəlbim göy çəmənlikdir, orda qaçır ceyranlar.
  • Quşlar,dolayımda yox, öz içimdə oxuyur.
  • Eşqim tər çiçəklərdən yeni çələng toxuyur.
  • Sevdalı,azad könlüm dolayına açıqdır.
  • İsəviyə, müslimə öz qoynunu açıbdır.
  • Göyçüyü, bütçüyü də, dinsizi də əzizlər.
  • Çimənə dinclik verər, qut verər göy dənizlər.
  • Qəlbim - Tövrat lövhəsi, Quran risaləsidir.
  • Ən ülvi fikirlərin gizli xəzinəsidir.
  • Odur - haqqın dərgahı, kilsə,məscid,məbəddir.
  • Gerçək inam, təriqət - Tanrısal Məhəbbətdir.
  • Odur məni aparan, Odur məni qaldıran,
  • Tanrının İşığıyla ürəyimi dolduran!
  • 29.02. 2016
Əhməd Şəfəq  

Baxış: 55


1 2 3



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15176)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14661)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13943)
PLATONYA
platonyaadasi.kitabxana.net (8180)
Nəriman
sungurlar.kitabxana.net (4412)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə